Gənclər Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib (FOTO)

Gənclər Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib (FOTO)
15:29 16 Oktyabr 2019
63 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Gənclər Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib.

Gənclər Fondundan Trend-ə verilən məlumata görə, iclasda Fond tərəfindən 2019-cu ildə görülmüş işlər barədə, o cümlədən 12-ci qrant müsabiqəsinin nəticələri, Xaricdə Təhsil Proqramı, sosial müdafiəyə xüsusi ehtiyacı olan istedadlı tələbələrin təhsil xərclərinin maliyyələşdirilməsi müsabiqəsi, Gənclərin İnkişaf və Karyera Mərkəzlərinin fəaliyyəti, GəncLik proqramı, YayFest düşərgəsi, “Səyyar Gənclər Xidməti və digər fəaliyyətlər haqqında hesabatlar dinlənildi.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin gənclərə qayğısının növbəti təzahürü olaraq, ölkənin şəhər və rayonlarında yerləşən Heydər Əliyev Mərkəzlərində Gənclərin İnkişaf və Karyera Mərkəzinin bölmələrinin yaradılması ilə bağlı 1 oktyabr tarixli Sərəncamından irəli gələn məsələlər müzakirə olunmuşdur.

Həmçinin, iclas çərçivəsində XIII qrant müsabiqəsinin (C kateqoriyası) üzrə nəticələri təsdiq edilmişdir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/politics/3134206.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR