“Google” şirkəti USB daşıyıcı formasında olan təhlükəsizlik açarı təqdim edib

“Google” şirkəti USB daşıyıcı formasında olan təhlükəsizlik açarı təqdim edib
15:35 16 Oktyabr 2019
Ölkə mətbuatı
A- A+

“Google” şirkəti USB daşıyıcı formasında hazırlanmış miniatür təhlükəsizlik açarını təqdim edib. “Titan Security Key” modeli “Yubico” şirkəti ilə birgə hazırlanıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, qurğu ikimərhələli autentifikasiya üçün nəzərdə tutulub. “Google” hesabına daxil olmaq üçün istifadəçi ilk öncə parolu daxil etməli, bundan sonra USB-açarı kompüterə yerləşdirməli və ya “Bluetooth”-açardakı düyməyə sıxmalıdır. Açar, həmçinin başqa hesablarda, məsələn, “Facebook” və “Dropbox”da istifadə edilə bilər.

 

“Titan Security Key” modeli “USB-C” konnektoru üçün nəzərdə tutulub. Həmçinin “USB-A” üçün versiya və “Bluetooth” üzrə qoşulma üçün modifikasiya var. 40 dollar dəyərində olan USB daşıyıcını “Android”, “Chrome OS”, “macOS” və “Windows” əməliyyat sistemlərinin idarəetməsi altında işləyən qurğulara qoşmaq mümkündür.

 

Təhlükəsizlik açarları internet vasitəsilə yayılan kibertəhlükələrlə mübarizədə ən güclü metodlardan biri hesab edilir. 2018-ci ildə “Google” şirkəti bütün əməkdaşlarını belə qurğulardan istifadəyə məcbur edib və o vaxtdan etibarən heç bir uğurlu fişinq hücum halı qeydə alınmayıb.

 

Emil Hüseynov


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-63494-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR