"Qarabağ"ın futbolçuları Avroliqanın ən yaxşıları arasında

"Qarabağ"ın futbolçuları Avroliqanın ən yaxşıları arasında
20:42 16 Oktyabr 2019
124 İdman
Ölkə mətbuatı
A- A+

UEFA Avropa Liqasının qrup mərhələsinin ilk 2 turu ilə bağlı statistik nəticələri açıqlayıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, ən yaxşı göstirəcilərə malik oyunçular arasında "Qarabağ"ın futbolçuları da yer alıb.

Çərçivəyə dəqiq zərbələr endirən 20 futbolçu siyahısında  Abdullah Zubir (5) və Dani Kintana (3) da var. Zubir 5-ci, Dani 18-cidir. "Sportinq"dən Brunu Fernandeş 7 zərbə ilə siyahıda birinci yeri tutur.

Ən çox dəqiq ötürmələr verən 20 futbolçu siyahısında da "Qarabağ"dan oyunçu yer alıb. Riçard Almeyda 148 ötürmə edib. Bu göstəriciyə görə, o, 11-ci olub. Birinci yeri isə 204 ötürmə ilə Jül Kunde ("Sevilya") tutur.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/794787.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR