Aquero avtomobil qəzası keçirdi

"Mançester Siti"nin futbolçusu Serxio Aquero avtomobil qəzası keçirib.

Metbuat.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, hadisə dünən argentinalı hücumçu İngiltərə klubunun bazasına gedən zaman baş verib. Aquero qəza zamanı xəsarət almasa da, avtomobilinə maddi ziyan deyib.

Qəzadan sonra 31 yaşlı futbolçunun müalicəyə ehtiyacı olmadığı, ancaq ona bir neçə gün istirahət verildiyi bildirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR