AFFA rəsmisi “Trabzonspor” - “Krasnodar” oyununa təyinat alıb
Paylaş
·121 baxış·1 dəq oxu
AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev UEFA Avropa Liqasının qrup mərhələsində “Trabzonspor” (Türkiyə) – “Krasnodar” (Rusiya) oyununa təyinat alıb. "Report" xəbər verir ki, milli assosiasiyanın rəsmisi matçın UEFA nümayəndəsi olacaq. Qeyd edək ki, görüşn oktyabrın 24-də Trabzon şəhərindəki Şenol Güneş Spor Kompleksində keçiriləcək.