Tural Gəncəliyev ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb

Tural Gəncəliyev ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb
12:52 17 Oktyabr 2019
56 Digər
Ölkə mətbuatı
A- A+

"Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması"nın nümayəndələri ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüblər.
"Report" xəbər verir ki, icmanın rəhbəri Tural Gəncəliyev görüşdə Azərbaycan cəmiyyətinin Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsindən narahatlığını diqqətə çatdırıb. 
Qeyd edib ki, Minsk qrupu münaqişənin həlli istiqamətində fəaliyyət göstərsə də, heç bir nəticə yoxdur: "Azərbaycan konkret nəticələr gözləyir. Ermənistan münaqişənin sülh yolu ilə həllində maraqlı deyil. Azərbaycan isə tam əksinə olaraq, münaqişənin sülh yolu ilə həllini istəyir. Dağlıq Qarabağın erməni icması birgə sülh şəraitində yaşamaqdan imtina edir".

Xəbərin orijinal ünvanı: https://report.az/dagliq-qarabag-munaqishesi/tural-genceliyev-atet-in-minsk-qrupunun-hemsedrleri-ile-gorusubler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR