"Türk Dünyasının Ali Ordeni"ni, Türkiyənin Yüzillik loqosunu hazırlayan azərbaycanlı dizayner - FOTOLAR

Xəbər verildiyi kimi, oktyabrın 15-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü keçirilib və görüş zamanı Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının birinci Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəxri sədri Nursultan Nazarbayevə “Türk dünyasının Ali Ordeni”nini təqdim edib.

Metbuat.az xəbər verir ki, həmin orden məhz azərbaycanlı dizayner Adəm Yunisov tərəfindən hazırlanıb. Qeyd edək ki, bu nişan qızıl və brilyantdan hazırlanıb. Tamamilə ağ və sarı qızıldan hazırlanmış nişanın hazırlanması zamanı 6 ədəd 0,1 karat və 18 ədəd 0,015 karatlıq olmaqla, ümumilikdə 24 ədəd brilyantdan istifadə edilib.

Eyni zamanda Adəm Yunisov 2015-ci ildə paytaxtımızda keçirilən 1-ci Avropa Oyunlarının loqosunun, həmçinin Türkiyənin 100 illiyi loqosunun da müəllifidir.







Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR