MSK üzvlüyünə yeni namizəd irəli sürülüb

MSK üzvlüyünə yeni namizəd irəli sürülüb
14:58 18 Oktyabr 2019
34 Digər
Ölkə mətbuatı
A- A+

Rövzət Qasımov Mərkəzi Seçki Komissiyasının (MSK) üzvü təyin ediləcək.

Bununla bağlı Milli Məclisə layihə daxil olub.

Milli Məclisin (MM) heç bir siyasi partiyaya mənsub olmayan (müstəqil) deputatlarının yığıncağına sədrlik edən MM sədrinin müavini Valeh Ələsgərovun adından spiker Oqtay Əsədova ünvanlanan müraciətdə bildirilib ki, Seçki Məcəlləsinin 24-cü maddəsinə uyğun olaraq, Milli Məclisin heç bir siyasi partiyaya mənsub olmayan deputatlarını MSK-da təmsil edəcək Rövzət Qasımovun namizədliyi parlamentin müzakirəsinə təqdim olunur.

Xatırladaq ki, hazırda R.Qasımov MSK Katibliyinin müdiridir. (report)


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_xeber/293444.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR