“Qalatasaray” “Sivasspor”a qalib gəlib

Türkiyə Super Liqasında VIII tura start verilib.

Metbuat.az-ın məlumatına görə, turun ilk günündə bir oyun keçirilib.

Son çempion “Qalatasaray” öz meydanında “Sivasspor”la qarşılaşıb. İstanbul klubu ev matçından 3:2 hesablı qələbə ilə ayrılıb.

Qeyd edək ki, turun digər oyunları oktyabrın 19-21-də keçiriləcək.

Türkiyə Super Liqası

VIII tur

18 oktyabr

“Qalatasaray” - “Sivasspor” – 3:2
Andone, 21, 42 (pen.), Babel, 74 – Kone, 72, Yeşilyurt, 84


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR