Bakıda dəhşətli qəza: ötmə əməliyyatını pozan sürücü... - FOTO

Bakıda dəhşətli qəza: ötmə əməliyyatını pozan sürücü... -  FOTO
10:32 20 Oktyabr 2019
97 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki,hadisə Bakıxanov qəsəbəsində, Əhməd Mehbalıyev küçəsi ilə Muxtar Fətəliyev küçəsinin kəsişməsində qeydə alınıb.

Məlum olub ki, sürücü Rasim Ağayev idarə etdiyi "VAZ 2107" markalı avtomobillə M.Fətəliyev küçəsinə dönürmüş, bu vaxt Ə.Mehbalıyev küçəsində hərəkətdə olan "Mercedes" markalı avtomobilin sürücüsü də ötmə əməliyyatı edib. Nəticədə "Mercedes" dönən nəqliyyat vasitəsinə çırpılıb, daha sonra isə yol nişanı və ağaca dəyib. Qəza zamanı xəsarət alan olmasa da, avtomobillərə ziyan dəyib.

Hadisə yerinə Sabunçu Rayon Dövlət Yol Polis Şöbəsinin əməkdaşları cəlb edilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/incedent/795630.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR