Honkonq hökuməti məscidin qapılarının atəşə tutulmasına görə üzr istəyib

Honkonq hökuməti məscidin qapılarının atəşə tutulmasına görə üzr istəyib
12:37 21 Oktyabr 2019
70 Digər
Ölkə mətbuatı
A- A+

Honkonq hökuməti polisin mürəkkəbli su şırnağı ilə etiraz aksiyasını dağıtmağa çalışdığı zaman təsadüfən yerli məscidi də nişan almasına görə İslam icmasından üzr istəyib.
"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.
Honkonq administrasiyasının rəhbəri Kerri Lem və şəhər polis rəhbəri baş imamdan və müsəlman icmasının rəhbərlərindən üzr istəmək üçün Koulun məscidini ziyarət ediblər.
Honkonq İslam İcması Fondunun fəxri katibi Səid Uddinin sözlərinə görə, məscid rəhbərliyi üzrü qəbul edib.
Xatırladaq ki, bazar günü keçirilən mitinq zamanı polis məscidin qarşısında toplaşan nümayişçiləri dağıtmaq üçün su şırnaqlarından mavi mürəkkəblə "atəş açıb". Polis bu hadisənin təsadüf olduğunu elan edib.

The water gun car deliberately shoots at the mosque without any incidents! #FreeHK #HongKongPolice #HongKong pic.twitter.com/mH7BVOUcEK— まゆみ (@shiotayukichan) October 20, 2019


Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/honkonq-hokumeti-mescidin-qapilarina-murekkebli-su-ile-ates-acilmasi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR