Hindistanda qeyri-adi tətbiq -

Ötən illərdə Hindistanda 300 nəfərin həbs olunmasına səbəb olan kopya hadisəsi dünyada əks-sədaya səbəb olmuşdu.

Metbuat.az xarici mediaya istinadla bildirir ki, 10-cu sinifi bitirmə imtahanında pencərədən sual və cavabları uzadan valideynlərin fotoları sosial mediada gündəm olmuşdu.

Bu kopya çəkmə hadisələrindən sonra məktəblərdə ciddi tədbirlər görülməyə başlayıb. Son olaraq isə bir müəllim şagirdləri imtahana başlarına keçirdikləri karton qutularla salıb. Bu qeyri-adi üsul bir sosial media istifadəçisi tərəfindən paylaşıldıqdan sonra bütün ölkədə gündəm olub.

Hadisənin böyük əks-sədaya səbəb olmasından sonra məktəb müdiri "Bu sadəcə bir təcrübədir. Şagirdlər də bu təcrübədə iştirak etməyi qəbul etdilər." açıqlamasını edib.



https://metbuat.az/news/1276196/ilk-daun-sindromlu-model-gorenleri-heyretlendirir.html


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR