Gündə neçə stəkan çay içmək olar? -

Rusiyanın "Roskontrol" İstehlakçılar Birliyi iriyarpaqlı qara çay üzərində araşdırma aparıb.

Metbuat.az oxu.az-a istinadla xəbər verir ki, araşdırma nəticəsində bəzi nümunələrdə qəlib və pestisidlər tapılıb. Tədqiqatın nəticələrinə əsasən, mütəxəssislər infarktdan ölməmək üçün gündə neçə stəkan çay içməyin lazım olduğunu müəyyənləşdiriblər.

Testlər həm ən ucuz, həm də ən baha çaylar üzərində aparılıb.

Bəs ümumilikdə gün ərzində nə qədər çay içmək olar?

Qara çayda kifayət qədər yüksək kafein və tanin var. Kafein ürəyə mənfi təsir edir, nəbzi zəiflədir, qan təzyiqini yüksəldir.

Bu isə tədricən infarkt və insulta gətirib çıxarır. Odur ki, kardioloqların fikrincə, gün ərzində 4-5 fincandan artıq çay içmək qadağandır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR