Böyük data mərkəzlərinin sayı 500-ü ötüb

Böyük data mərkəzlərinin sayı 500-ü ötüb
15:35 22 Oktyabr 2019
Ölkə mətbuatı
A- A+

Bu ilin üçüncü rübündə dünyada hipermiqyaslanan data mərkəzlərinin sayı 504-ə çatıb. Bu göstərici 2017-ci ilin sonunda 390 olub. Bu barədə “Synergy Research” analitik şirkətinin məlumatında deyilir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Servernews” resursuna istinadən yazır ki, şirkətin tədqiqatlar üzrə direktoru Con Dinsdeylin sözlərinə görə, söhbət gücü on minlərlə serverə bərabər və “bulud” hesablamaları, elektron ticarət və ya sosial şəbəkələr üçün istifadə edilən məlumat emalı mərkəzlərindən gedir.

 

Fəaliyyət göstərən hipermiqyaslanan data mərkəzlərinin təqribən 40 faizi ABŞ-da yerləşir. Ümumi sayın 32 faizi Çin, Yaponiya, Böyük Britaniya, Almaniya və Avstraliyanın payına düşür.

 

Belə obyektlərin sayı daha çox Avropa və Asiya-Sakit okean regionunda artır. Son ildə yeni məlumat emalı mərkəzləri 15 ölkədə işə salınıb. Onların əksər hissəsi ABŞ, Honkonq, İsveçrə və Çində istifadəyə verilib.

 

Son bir ildə işə salınan bütün yeni data mərkəzlərinin yarısından çoxu “Amazon” və “Microsoft” şirkətlərinin payına düşüb. Sonrakı mövqelərdə “Google” və “Alibaba” qərarlaşıb.

 

“Son dörd rüb ərzində “bulud” servisləri və sosial şəbəkələrin sürətli artımı sayəsində ötən ilin müvafiq dövründən daha çox data mərkəzi açılıb. Bu, böyük data mərkəzi operatorları, eləcə də müvafiq avadanlıq tədarükçüləri üçün yaxşı xəbərdir”, – C.Dinsdeyl əlavə edib.

 

Nizam Nuriyev


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-63636-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR