“Aqrarkredit” BOKT-un verdiyi kreditlərin 9%-nin vaxtı keçib

“Aqrarkredit” BOKT-un verdiyi kreditlərin 9%-nin vaxtı keçib
17:32 22 Oktyabr 2019
71 Digər
Ölkə mətbuatı
A- A+

100% dövlətə məxsus “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatının (BOKT) kredit portfeli bu il oktyabrın 1-nə 98,883 milyon manat təşkil edib.
“Report” bu barədə BOKT-a istinadən xəbər verir.
Məlumata görə, bunun 9,1%-i və yaxud 8,959 milyon manatı vaxtı keçmiş kreditlərdir.
“Aqrarkredit” həyata keçirdiyi kreditləşmənin mənbələrini də açıqlayıb. Beləliklə, BOKT-un verdiyi kreditlərin 77,833 milyon manatı və yaxud 78,7%-i öz vəsaiti,16,965 milyon manatı və yaxud 17,15%-i İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunun vəsaiti, 3,221 milyon manatı və yaxud 3,25%-i Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin, 864 min manatı və yaxud 0,9%-iBeynəlxalq Kənd Təsərrüfatının İnkişafı Fondunun (IFAD) vəsait olub. 

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/aqrarkredit-bokt-un-verdiyi-kreditlerin-9-nin-vaxti-kecib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı