Kürdəmirdə yük avtomobilləri toqquşub, xəsarət alanlar var

Kürdəmirdə yük avtomobilləri toqquşub, xəsarət alanlar var
04:27 23 Oktyabr 2019
100 Digər
Ölkə mətbuatı
A- A+

Kürdəmirdə iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Bakı-Qazax yolunun Kürdəmirin Karrar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, TIR markalı yük maşını qarşıda hərəkətdə olan mişar daşı ilə dolu "KamAZ" markalı yük avtomobilinə çırpılıb. Hadisə nəticəsində hər iki avtomobilin sürücüsü, Göranboy sakini, 1977-ci il təvəllüdlü Sadıqov Elnur Fizuli oğlu və Bakı sakini, 1981-ci il təvəllüdlü Əliyev Təhmasib Məhəmmədəli oğlü müxtəlif növ bədən xəsarəti alıblar. Yaralılar Kürdəmir rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Fakt araşdırılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/kurdemirde-yuk-avtomobilleri-toqqusub-xesaret-alanlar-var

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR