Kərim Təranənin anasının şəklini paylaşdı -

Müğənni Kərim Abbasov sosial şəbəkədəki paylaşımı ilə diqqət çəkib.

Metbuat.az xəbər verir ki, sənətçi arxiv fotosunu İnstaqramında yerləşdirib. Şəkildə müğənnilər Elnur Məmmədov və Səidə Sultan yer alıb.

Digər maraqlı məqam isə fotoda Kərimin keçmiş qayınanasının, prodüser Təranə Səmədovanın anası İradə xanımın yer alması olub.

Kərim fotoya "2006-cı il... Laçın vaxtlarımız. Elnur və Səidə. Aramızda duran xanım isə mənim keçmiş qayınanamdır - İradə xanım. Allah ona can sağlığı versin, mənim üçün gözəl insan olub" şərhini yazıb.

Qeyd edək ki, Kərimlə prodüser Təranə ailəli olublar. Onlar qalmaqallı şəkildə boşanıblar. Kərim hazırda Təranə adlı başqa bir xanımla ailəlidir, cütlüyün bir övladı var.

(axsam.az)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR