"Show TV"də yayımlanan və Azərbaycan izləyicisinin də sevgisini qazanan "Çukur" serialı cəzalandırılıb.

Metbuat.az axşam.az-a istinadən bildirir ki, Türkiyə Radio və Televiziya Ali Şurası ekran işinə pul cəzası tətbiq edib.

Buna səbəb isə serialda gəncləri şiddətə meyl etdirən hərəkət və səhnələrin olmasıdır.