Naxçıvanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 2% azalıb

Naxçıvanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 2% azalıb
12:07 23 Oktyabr 2019
77 Digər
Ölkə mətbuatı
A- A+

2019-cu ilin yanvar-sentyabr aylarında Naxçıvan Muxtar Respublikasının xarici ticarət dövriyyəsi 351 mln 390,8 min ABŞ dolları təşkil edib.
“Report”un Naxçıvan Muxtar Respublikasının Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu, bir il öncəki göstəricidən 7 mln 056 min dollar və ya 2,5% çoxdur.
Bu ilin 9 ayinda muxtar respublikanın xarici ticarət dövriyyəsinin 307 mln 559,3 min dollarını ixracın payına düşüb. Bu isə 2018-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə 919,9 min dollar və ya 0,3% çoxdur.
Hesabat dövründə Naxçıvan Muxtar Respublikasının xarici ticarətinin 43 mln 831,5 min dollarını idxal təşkil edib ki, bu da ötən ilin 9 aylıq göstərici ilə müqayisədə 6 mln 136,1 min dollar və ya 16,3% çoxdur.
Nəticədə muxtar respublikanın xarici ticarətindən 263 mln 727,8 min dollar dəyərində müsbət saldo yaranıb ki, bu da 2018-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə 5 mln 216,2 min dollar və ya 1,94% azdır.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/naxcivanin-xarici-ticaret-dovriyyesinin-musbet-saldosu-2-azalib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR