Bakı Şəhər Prokurorluğunda geniş əməliyyat müşavirəsi keçirilib - FOTO

Bakı Şəhər Prokurorluğunda geniş əməliyyat müşavirəsi keçirilib - FOTO
16:37 16 Yanvar 2015
92 Digər
Ölkə mətbuatı
A- A+

[ 16 Yanvar 2015 16:32 ]


Bakı. Fuad Cəfərov - APA. Yanvarın 16-da Bakı Şəhər Prokurorluğunda mərkəzi aparatın və ərazi rayon prokurorluqları əməkdaşlarının iştirakı ilə 2014-cü ildə cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib. 

 

Bakı Şəhər Prokurorluğundan APA-ya verilən məlumata görə, müşavirədə vətəndaşların qəbulu, onların müraciətlərinə baxılması işinə xüsusi diqqət yetirilərək hər bir əməkdaşdan vətəndaşların qəbulu və onların müraciətlərinin araşdırılması işinə qayğı və həssaslıqla yanaşılması tələb olunub və bildirilib ki, hesabat dövründə şəhər prokurorluğunda ümumilikdə 1306 vətəndaş qəbul edilib.

 

Müşavirədə şəhər prokurorunun müavini Azər Əsgərov, şəhər prokurorluğunun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi Mircavan Kazımov  və rayon prokurorları çıxış edərək hesabat ilində cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində görülmüş işlər barədə ətraflı məruzə etmiş, prokurorluğun fəaliyyətinin səmərəliliyinin daha da artırılması, mövcud nöqsanların aradan qaldırılması barədə konkret təkliflər irəli sürüblər.

 

Əməliyyat müşavirəsinə yekun vuran şəhər prokuroru Əziz Seyidov əmin olduğunu bildirib ki, şəhər prokurorluğunun kollektivi öz qüvvələrini səfərbərliyə almaqla, bundan sonra da digər əlaqədar hüquq mühafizə orqanları ilə birlikdə  dövlətçilik maraqlarının, ölkədə bərqərar olmuş dayanıqlı ictimai-siyasi sabitlik və əmin-amanlığın qorunması, cinayətkarlığın bütün təzahürlərinə və hər cür qanunsuzluqlara qarşı mübarizənin gücləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı müdafiəsi üçün səlahiyyət hədləri daxilində zəruri tədbirlərin görülməsini təmin edəcək.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR