ABŞ bazarı ələ alır, "OPEK" gücünü itirir -

Neft İxrac Edən Ölkələr Birliyinin (OPEK) qlobal neft bazarında tədarük profisitini düşürməkdə uğursuz olması və birlikdən üzv ölkələrin ayrılması OPEK-in bazar gücünü itirməsi və yaxın zamanda dağıla biləcəyi kimi qiymətləndirilir.

Metbuat.az xəbər verir ki, son 3 ildə neft istehsalında 2 dəfə istehsalı azaltmağa gedən OPEK-in neft qiymətlərində hədəflədiyi artımı həyata keçirə bilməməsi, Qətərin bu il birliyin üzvlüyündən ayrılması, Ekvadorun isə gələn ilin əvvəlində üzvlükdən ayrılmaq istəməsi bir zaman dünya neft bazarının 70%-nə nəzarət edən OPEK-in gücünün azalmasını göstərir.

İndoneziya, Qətər və Ekvadorun üzvlükdən ayrılması, ABŞ sanksiyaları səbəbi ilə iranın neft ixrac edə bilməməsi, Venesuelanın xam neft istehsalının azalması kimi proseslər 14 üzvü olan OPEK-in dünya bazarındakı payını 29%-ə qədər azaldıb.

Neft bazarında qiymətləri artırmaq və beynəlxalq neft şirkətlərinə qarşı blok yaratmaq məqsədi ilə Səudiyə Ərəbistanı, İraq, Küveyt, İran və Venesuela tərəfindən 1960-cı ildə qurulan OPEC-ə sonradan Qətər, BƏƏ, İndoneziya, Liviya, Nigeriya, Əlcəzayir və Ekvador kimi ölkələr qoşulmuşdu. 1970-ci illərdə dünya bazarındakı payını 70%-ə çatdıran OPEK qiymətləri böyük ölçüdə nəzarətində saxlayırdı.

2007-ci ildə birliyə 2-ci dəfə üzv olmasına baxmayaraq, Ekvador OPEK-in neft istehsalını azaltma qərarının ölkə iqtisadiyyatına zərər verəcəyi səbəbi ilə 2020-ci il 1 yanvar etibarilə birlikdən ayrılacağını açıqladı. Səudiyyə Ərəbistanı və müttəfiqləri tərəfindən İrana dəstək verdiyi üçün sıxışdırılan Qətər isə bu ilin əvvəlində birlikdən ayrılaraq 58 illik üzvlüyünü sona çatdırmışdı.

Dünyada ən çox xam neft rezervlərinə sahib olan Venesuela iqtisadi durğunluq səbəbi ilə xam neft istehsalında illərdir düşüş yaşayır. Liviya da isə vətəndaş müharibəsi nəticəsində istehsalda zaman-zaman fasilələr yaşanır.

OPEK-in dünya bazarındakı payını itirməsinin əsas səbəblərindən biri ABŞ-ın "hidrovlik qırma" və "üfüqi qazma" kimi texnikalar vasitəsi ilə qaya nefti istehsalını sürətlə artırmasıdır. Son 10 ildə neft istehsalını 2 dəfədən çox artıran, Səudiyyə Ərəbistanı və Rusiya kimi nəhəngləri geridə qoyan ABŞ-ın bazardakı 13% təşkil edir. 10 il əvvəl rəqəm sadəcə 6% idi.(aa.com.tr)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR