Azərbaycan, Bakı, 15 may /Trend, müxbir İlhamə İsabalayeva/

2015-2016-cı tədris ili üzrə Azərbaycan ali təhsil müəssisələrinin magistratura səviyyəsi üzrə bakalavr qəbulu üzrə 38 ali məktəb üçün 6289 plan yeri ayrılıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə Trend-ə bildirib ki, plan yerlərinin 5017-nə bakalavr qəbul edilib. Ümumilikdə plan yeri 79,77 faiz dolub. Magıstraturaya daxil olan bakalavrların 2002-i dövlət sifarişli yerlər üzrə təhsil alacaq Bakalavrlarların 4518-i Azərbaycan bölməsi ( o cümlədən1897-si dövlət sifarişli ixtisaslar üzrə), 499-u rus bölməsi ( o cümlədən 105-I dövlət sifarişli ixtisaslar üzrə) qəbul olub

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az