Kimlərə çox su içmək olmaz? - Ölümə səbəb olur

Kimlərə çox su içmək olmaz? - Ölümə səbəb olur
23:57 25 Oktyabr 2019
171 Ölkə
Ölkə mətbuatı
A- A+

Hər bir insan üçün adi suyun 5-7 litr həcmində qəbulu ölümcül dola hesab edilir.

Son zamanlar gündə 2-2,5 litr su içməyin sağlamlığa faydaları barədə çox yazılar, məsləhətlər eşidirik. Milli.Az medicina.az-a istinadən bildirir ki, bir çoxları buna əməl etməyə çalışaraq, möcüzə gözləyir. Amma elə xəstəlikləri olan insanlar var ki, onlar üçün sutkada 2 litr belə su içmək fatal sonluqla, yəni ağırlaşma və ölümlə nəticələnə bilər.

Bu problemi olanlar su isteriyasına düşməsin.

-Kəskin və xroniki ürək -damar xəstəlikləri olanlar, ürək əməliyyatı keçirənlər, ürək çatışmazlığı - Maye qəbulu artdıqca dövr edən qanın miqdarı artır, ürəyin yükü çoxalır

-Kəskin və xroniki böyrək çatışmazlığı olanlar, böyrək təzyiqi olanlar - Böyrəklər artıq mayenı süzə bilmir, yük çoxalır

-Qaraciyər çatışmazlığı, assit xəstəliyi olanlar - qaraciyər toxumaları şişir

-Hamilə qadınlara - şişkinliyi artırır

-yeni əməliyyat keçirmiş şəxslərə

-6 ayına kimi körpələr.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/health/796947.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR