Rusiyadan ABŞ-a Taliban çağırışı

Rusiya ABŞ ilə Taliban arasındakı müzakirələrin tez bir zamanda başlamasını istəyib.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyindən yayımlanan yazılı açıqlamada bildirib ki, Rusiya Xarici İşlər Nazir müavini İ. Morqulov, ABŞ-ın Əfqanıstan özəl təmsilçisi Z.Halilzad, Çinin özəl təəmsilçisi Denq Xijun və Pakistan Xarici İşlər Nazir yardımçısı Məhəmməd Aejaz Moskvada bir araya gəliblər. Açıqlamada həmçinin qeyd edilib:

"Rusiya tərəfi ABŞ ilə Taliban arasındakı müzakirələrin tezliklə başlamalı olduğunu bildirib".

Görüşdə əfqanlar arasındakı dialoqların təmin edilməsinə dair çalışmaların davam etdiriləcəyi deyilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR