APOEL-in kapitanı "Qarabağ"la görüşdə zədələnib

APOEL-in kapitanı "Qarabağ"la görüşdə zədələnib
12:02 26 Oktyabr 2019
69 Digər
Ölkə mətbuatı
A- A+

Kipr APOEL-inin kapitanı Nikolas Yannu Bakıda "Qarabağ"la keçirdikləri Avropa Liqasının qrup mərhələsinin III tur matçında zədələnib.
"Report"un məlumatına görə, bu barədə Nikosiya təmsilçisinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nektarios Petevinos açıqlama verib. Klub rəsmisi bildirib ki, 24 yaşlı müdafiəçi oyun zamanı topuq nahiyəsindən xəsarət alıb: "Zərbə qüvvətli olduğu üçün Nikolas güclü ağrı hiss etdi. Oyunu davam etdirməyə çalışsa da, alınmadı. Matçın ertəsi də ağrıları var idi. Zədəsinin ciddilik dərəcəsinə bugünkü məşqdə baxacağıq. Zərbəni topuq nahiyəsindən alıb. Gözləmək lazımdır".
Qeyd edək ki, Nikolas Yannu "Qarabağ"la görüşün 29-cu dəqiqəsində hesabın bərabərləşdirilməsində iştirak edib. Standart vəziyyətdən sonra onun başla endirdiyi top Ağdam komandasının futbolçusu Maksim Medvedevə dəyərək, tora daxil olub. Nəticədə bu, avtoqol kimi qeydə alınıb. Yannu 67-ci dəqiqədə yerini Antonio Yakolişə verib. APOEL Avropa Liqasında növbəti görüşünü də "Qarabağ"a qarşı keçirəcək. Bu matç noyabrın 7-də Nikosiyada təşkil olunacaq. 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/apoel-in-kapitani-qarabag-la-gorusde-zedelenib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR