HSBC-nin xalis mənfəəti 4% artıb

HSBC-nin xalis mənfəəti 4% artıb
11:52 28 Oktyabr 2019
86 Digər
Ölkə mətbuatı
A- A+

Bu ilin yanvar-sentyabr aylarında Böyük Britaniya – Honkonq bank qrupu – HSBC 11,478 milyard dollar xalis mənfəət əldə edib.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4% çoxdur.
Son 1 ildə bankın hər səhminə düşən dividendin məbləği isə 0,02 dollar artaraq 0,57 dollara çatıb.
9 ay ərzində HSBC-nin əməliyyat gəlirləri 42,727 milyard dollar (illik müqayisədə 4% çox), o cümlədən xalis faiz gəlirləri isə 22,808 milyard dollar (cüzi çox) təşkil edib. 

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/hsbc-nin-xalis-menfeeti-4-artib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR