Albert Eynşteynin 1933-cü ildə Atatürkə yazdığı məktub -

19 oktyabr Türkiyənin Cümhüriyyət bayramıdır. Atatürk cümhuriyyətin banisi olmaqla bərabər, həm də mesenatlığı və mədəni inqilabi islahatları ilə dünyanın diqqət mərkəzində olmuşdur. İslahatlarına görə Atatürkü Rus Çarı I Pyotra da bənzədirlər.

Metbuat.az Albert Enşteynin 1933-cü ildə Atatürkə yazdığı məktubu təqdim edir.

"Ekselansları,

OSE Dünya Birliyinin fəxri başqanı olaraq, Almaniyadan 40 professor və doktorun elmi, tibbi araşdırmalarına Türkiyədə davam etməsinə icazə verməyinizi xahiş edirəm. Sözügedən şəxslər Almaniyada qüvvədə olan qaydalar ucbatından peşələrini icra edə bilmirlər. Əksəriyyəti təcrübə, bilgi və elmi ləyaqət sahibi olan bu şəxslər yeni bir ölkədə yaşadıqları təqdirdə son dərəcə faydalı ola biləcəklərini isbat etmək iqtidarındadırlar. Ekselanslarından ölkənizdə yerləşmələri və işlərinə davam etməkləri üçün icazənizi istədiyimiz təcrübə sahibi bu 40 mütəxəssis və seçkin araşdırmaçı birliyimizə daxil olan çoxsaylı müraciətlərin arasından seçilmişdir. Bu elm adamları bir il müddətində hökümətinizin təlimatlarıyla qurumlarınızın hər hansı birində ödənişsiz işləməyi arzu edirlər. Bu müraciətə dəstək vermək məqsədiylə hökümətiniz müraciətimizi qəbul edərsə, təkcə ən yüksək səviyyədə humanist bir addım atmış olmayacaq, cürət edib deməliyəm ki, bu, eyni zamanda sizin ölkənizə də fayda gətirəcək.

Ekselanslarının sadiq qulluqçusu olmaqdan şərəf duyan professor Albert Enşteyn."

Qeyd edək ki, Baş nazir İsmət İnönü cavab yazır ki, "imkan yoxdur", amma sonradan Atatürk xəbər tutur və elm adamlarının gəlməsinə razılıq verir.

Albert Enşteynin 1933-cü ildə Atatürkə yazdığı məktub -


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR