Azərbaycan nefti ucuzlaşdı

Azərbaycan nefti ucuzlaşdı
07:18 2 Noyabr 2019
Ölkə mətbuatı
A- A+

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 31-də 64,42 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,86 dollar/barel azdır.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 62,83 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,77 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 58,04 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,15 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 59,22 dollar/barel olub, bu da əvvəlki göstəricidən 0,89 dollar/barel azdır (Trend).


Xəbərin orijinal ünvanı: https://publika.az/news/gundem/294892.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR