Bakı. 15 may. REPORT.AZ/ İtaliyanın Neapol şəhərində naməlum şəxs evinin eyvanından dinc sakinləri atəşə tutmağa başlayıb.
"Report" xəbər verir ki, kişi qırma tüfəngi ilə əvvəlcə həyat yoldaşını vuran şəxs, daha sonra eyvana çıxaraq yoldan keçənləri atəşə tutub.
İnsident nəticəsində dörd nəfər ölüb, beş nəfər yaralanıb. Ölənlər arasında bir nəfərin polis əməkdaşı olduğu qeyd edilir.
Hazırda hadisənin bütün təfərrüatları araşdırılır.