ABŞ-ın Suriyada gizli PLANI ORTAYA ÇIXDI: yüzlərlə əsgər hərəkətə keçdi

ABŞ-ın Suriyada gizli PLANI ORTAYA ÇIXDI: yüzlərlə əsgər hərəkətə keçdi
13:33 4 Noyabr 2019
53 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ Suriyanın neft bölgələrində hərbi mövcudluğunu gücləndirəcəyini açıqladıqdan sonra hərəkətə keçib.

Publika.az
xəbər verir ki, “Anadolu” agentliyi ABŞ-ın Suriyanın Deyrizor bölgəsində hərbi istehkamlarını artırdığı haqda məlumat yayıb.

Yerli mənbələrin məlumatına görə, ABŞ Deyrizorun 113-cü Tuqay və Sur ərazisi yaxınlığında hərbi baza qurmağa başlayıb.

Hər iki ərazidə inşa işlərinin getdiyi deyilir. Artıq ABŞ 250-300 əsgər, zirehli və ağır texnika, o cümlədən, digər silah-sursatı əraziyə gətirib.

Qeyd edək ki, “Sülh Çeşməsi” əməliyyatı başlayandan sonra ABŞ Suriyanın şimalında hərbi varlığını nisbətən azaltmışdı. Lakin Deyrizor bölgəsində hərbi gücünü artırmağa davam edir. Oktyabrın 28-də İraqda 170 avtomobilin olduğu hərbi karvan bölgəyə gətirilib. ABŞ prezidenti Donald Tramp oktyabrın 23-də bəyan etmişdi ki, Suriyanın şərqindəki neft yataqlarının təhlükəsizliyini təmin ediblər və ABŞ əsgərlərinin bir qismi bu bölgədə qalacaq.

Məlumata görə, Suriyanın ən böyük neft bölgəsi olan Əl-Ömər ərazisini əsas hərbi baza kimi istifadə edən ABŞ-ın Deyirzorda da üç hərbi bazası mövcuddur. Deyirzorun qərbi Əsədin, neft yataqlarının olduğu şərq hissəsi isə PYD/YPG terrorçularının nəzarətindədir.

Asif


Xəbərin orijinal ünvanı: https://publika.az/news/neareast/295072.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR