"Mothercare" müflis ola bilər

"Mothercare" müflis ola bilər
15:42 4 Noyabr 2019
114 Digər
Ölkə mətbuatı
A- A+

İngiltərənin körpə/uşaq məhsulları pərakəndə satış şirkəti "Mothercare"nın iflas üçün müraciət etməyə hazırlaşdığı bildirilir.
"Report" xəbər verir ki, bu barədə şirkətin açıqlamasında bildirilir
Məlumata görə, "Mothercare"nın İngiltərədəki 79 mağazasında mənfəətin azalması müşahidə olunur. Şirkətin cari ilin mart ayında ölkədən kənarda yerləşən mağazaları 36,3 mln dollar zərər edib.
Şirkətin bağlanacağı təqdirdə 2,5 min nəfərin işdən çıxarılacağı gözlənilir.
Xatırladaq ki, son dövrlərdə ölkənin pərakəndə satış şəbəkələri iqtisadi risklər və istehlak tələbin azalması səbəbindən işçilərini işdən çıxarır, mağazalarını bağlayır və ya iflas edirlər.
"Mothercare" şirkətindən başqa son dövrlərdə oyuncaq şirkəti "Toys R Us", elektron satış zənciri "Maplin", "Carpetright" xalça şirkəti, İngilis aşpaz Ceymi Oliverin 25 restoran şəbəkəsi iflas edib.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/mothercare-nin-iflas-ucun-muraciet-etmeye-hazirlasir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR