Millimizə ermənilər üzərində qələbə qazandıran Günay - VİDEO

Millimizə ermənilər üzərində qələbə qazandıran Günay - VİDEO
10:42 5 Noyabr 2019
98 İdman
Ölkə mətbuatı
A- A+

Qadınlardan ibarət şahmat millmizin Batumidə keçirilən Avropa çempionatında 3-cü yeri tutması tarixi nəticədir. Qızlarımızın bürünc medalları əldə etməsi Teymur Rəcəbovun Dünya Kubokunu qazanması qədər gözlənilməz idi.

Milli.Az xəbər verir ki, bu, xanımlarımızın 27 il sonra ölkəmizin aktivinə yazdığı medaldır. 1992-ci ildə də komandamız eyni uğura imza atmışdı.

Ermənistan üzərində qazanılan qələbə ilə "bürünc"ə sahib çıxmağımız nəticənin dəyərini bir az da artırır. Məhz bir gün öncə kişilərimizin məğlubiyyətindən sonra bu qələbə yığmamız üçün çox vacib idi.

Qələbəni ölkəmizə qazandıran Günay Məmmədzadə də belə düşünür. Qafqazinfo-ya danışan xanım şahmatçımız qələbənin Ermənistan üzərində qazanılmasının əhəmiyyətindən və gözlənilməz uğurdan söz açıb: "Yarışda ilk dəfə ən yüksək reytinq sıralamasında idik. 5-ci nömrə idik. Təbii ki, istəyimiz medal qazanmaq idi və buna inanırdıq. Lakin yarış ərzində bu barədə düşünmürdük. Çünki bu bizdə əks-effekt yaradıb psixoloji gərginliyə gətirib çıxara bilərdi. İnansaq da, düşünmürdük. Kifayət qədər yaxşı oynadıq. Ermənsitanla oyuna gəlincə, bizi heç-heçə də qane edirdi. Lakin biz qalib gəlmək fikrində idik. Xüsusilə də kişilərdən ibarət komandamızın Ermənistana məğlubiyyətindən sonra bu vacib idi. İkiqat sevinc oldu".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/799765.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR