Yemək yeyərək fenomen olmaq istəyən gənc qız işini tərk etdi -

Yemək yeyərək sosial mediada fenomen olmaq xəyalı quran gənc qadın bu məqsədi üçün işini tərk edib.

Metbuat.az xarici mediaya istinadla bildirir ki, 22 yaşlı Charna Rovley adlı gənc qadın bir dəfəyə bir neçə porsiya Çin yeməyi, nəhəng "fast food" menyuları və pizzalar yeyir. Yemək yeyərkən çəkdiyi videoları "Youtube" kanalında paylaşan gənc qadının minlərlə abunəçisi var.

Charnanın əsas məqsədi isə bir oturuşda 10 min kalori yeyə bilməkdir. O, "Dişimdə bir şey qala bilər, yemək yeyərkən gülünc görünə bilərəm, insanlar nə qədər çəkili göründüyümü də deyə bilər. Amma heç biri vecimə deyil. İşimi sevirəm" deyib.

101 kiloqram ağırlıqda olan Charna onu qeyri-sağlam qidalanmaqla günahlandıranlara isə bu cavabı verir "Həftədə 4 dəfə idman zalına gedib, məşq edirəm. Son dərəcə aktivəm. Hətta məni tənqid edənlərdən daha hərəkətli olduğuma əminəm".

Hər həftə iki saat yarım uzunluqda videolar çəkən və bunları "Charnation" adını verdiyi "Youtube" kanalında paylaşan gənc qız bu iş üçün toplam 2300 manat pul xərcləyib.








Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR