"Feysbuk sosial şəbəkəsi 1 milyard 932 milyon şəxsə (43% qadın, 57% kişi) reklam elanlarını çatdırır".

Milli.Az ted.az-a istinadən bildirir ki, bu haqda "We Are Social" Agentliyi və "Hootsuite" platforması məlumat yayımlayıb.

Məlumata görə, İnstaqram sosial şəbəkəsi 879 milyon ( 51% qadın, 49% kişi), Tvitter 260 milyon (34% qadın, 66% kişi), Snapchat 360 milyon ( 61% qadın, 38% kişi), LinkedIn isə 653 milyon (43% qadın, 57% kişi) insana reklamları çatdırır.

Milli.Az