İnsan üzlü it görənləri təəccübləndirdi -

Rusiyanın Sibir bölgəsində bir küçə iti gözlərinin üzərindəki qara tüklər sayəsində böyük marağa səbəb olub.

Metbuat.az Türkiyə mediasına istinadla bildirir ki, Bratsk şəhərindəki Dobrye Ruki heyvan sığınacağı tərəfindən tapılan itə meksikalı məşhur rəssam və şair Frida Kahlodan ilham alınaraq Frida adı verilib.

Sığınacaq işçiləri Fridanı ilk gördükdə qaşlarının uşaqlar tərəfinfən çəkildiyini düşünüb. Amma diqqətlə baxdıqda gözlərinin üstündə qara tüklər olduğunu görüb. Sığınacaqda mehriban və oynaq hərəkətləri ilə diqqət çəkən Frida qaşları sayəsində qısa müddətdə sahibləndirilib.

Fridanın yeni sahibi Oksana adını Betty olaraq dəyişdirib.


Image result for İnsan yüzlü köpek Frida sosyal medyanın yeni gözdesi


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR