“Bütün müttəfiqlər Ukraynanın NATO-ya üzv olmasını dəstəkləyir”.

Metbuat.az xəbər verir ki, NATO-nun baş katibi Yens Stoltenberq Ukraynanın “1 1” televiziyasına açıqlamasında belə deyib. O bildirib ki, hərbi alyans Kiyevə lazımi islahatların həyata keçirilməsi üçün dəstək olacaq.

Çernoqoriyanın iki il əvvəl NATO-ya qatıldığını xatırladan Baş katib, yaxın aylarda Şimali Makedoniyanın da hərbi alyansa üzv olacağını deyib.

Anar Türkeş / Metbuat.az