Chrome'da ciddi 0-day boşluğu aradan qaldırılıb

Chrome'da ciddi 0-day boşluğu aradan qaldırılıb
08:57 7 Noyabr 2019
Ölkə mətbuatı
A- A+

Google mühəndisləri heç gözlənilmədən Windows, Mac və Linux üçün Chrome brauzerinin Chrome 78.0.3904.87 versiyasını təqim ediblər. Həmin versiya ilə tərtibatçılar brauzerdə hackerlər tərəfindən aktiv şəkildə kiberhücumlara məruz qalmış 0-day boşluğunu aradan qadırıblar. Sözügedən boşluq CVE-2019-13720 identifikatorunu əldə edib və brauzerin audiokomponentində use-aster-free bug kimi çıxış edib.

Milli.Az technote.az-a istinadən bildirir ki, brauzerdə olan bu boşluq Kaspersky Lab. mütəxəssisləri tərəfindən aşkar edilib. Mütəxəssislər qeyd ediblər ki, bu boşluqdan istifadə edərək hackerlər istifadəçilərin kompüterlərinə malware yükləyirlər. Bütün Chrome istifadəçilərinə isə tez zamanda brauzerin Chrome 78.0.3904.87 versiyasına kimi yeniləmələri məsləhət görülür.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/799909.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR