AzTU Elmi Şurasının növbəti iclası keçirilib

AzTU  Elmi Şurasının növbəti iclası keçirilib
12:22 7 Noyabr 2019
63 Ölkə
Ölkə mətbuatı
A- A+

Noyabrın 6-da Azərbaycan Texniki Universitetində (AzTU) Elmi Şuranın növbəti iclası keçirilib. İclasda universitetin fəaliyyət istiqamətlərinin təkmilləşdirilməsi,  strukturlarının optimallaşdırılması,  bir sıra başqa dəyişikliklər və təşəbbüslərlə bağlı məsələlər müzakirə edilib. 

Milli.Az xəbər verir ki, AzTU-nun rektoru, professor Vilayət Vəliyev  iclası açaraq universitetin akademik strukturlarının konseptual optimallaşdırılması və aparılan islahatlarla bağlı  fikirlərini açıqlayıb. 
Elmi Şuranın iclasında  əsas diqqət təhsillə bağlı reformalara yönəldilib və bu fonda Tədris hissəsinin yenidən qurulması ilə bağlı qərar qəbul edilib.  Bundan başqa, AzTU-da kafedraların sayı azaldılıb - universitetdə elmi-tədqiqat işlərinin yeni istiqamətlərinə və fakültələrin yenidən təşkilinə uyğun olaraq  bir sıra kafedralar ixtisar edilərək  onların bazasında yeni kafedralar yaradılıb. Elmi Şurada alternativ əsasda, gizli səsvermə yolu ilə yeni yaradılmış kafedraların müdirləri seçilib.
İclasda həmçinin tyutorların fakültə dekanlıqlarının tabeçiliyindən  çıxaraq sərbəst fəaliyyət göstərmələri, kafedralarda mentör (məsləhətçi) postunun təsisi və AzTU tələbələrinin əmək bazarına çıxışına,  universitet-sənaye işbirliyinə dəstək verəcək   elmi-tədqiqat məhsullarının sərgi-yarmarkasının keçirilməsi təklifi bəyənilib.   Elmi Şura universitetdə tələbə özünüidarəsini inkişaf etdirəcək "tələbə rektor" layihəsinə müsbət yanaşıb.
İclasda universitet həyatı ilə bağlı rektorun müzakirəyə çıxardığı bir çox  ciddi və önəmli məsələlər  Elmi Şura tərəfindən dəstəklənib və müvafiq qərarlar qəbul edilib.
  

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/educations/800354.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR