238 nəfər DİN-də işləyə bilər - NAZİR BAXIŞ KEÇİRDİ

238 nəfər DİN-də işləyə bilər - NAZİR BAXIŞ KEÇİRDİ
18:38 8 Noyabr 2019
58 Digər
Ölkə mətbuatı
A- A+

Kütləvi informasiya vasitələrində əvvəlcədən verilmiş elana uyğun olaraq, noyabrın 8-də Azərbaycan Respublikasının Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov Əlahiddə Çevik Polis Alayında və Bakı şəhər Baş Polis İdarəsinin tabeli orqanlarında vakant olan post-patrul xidmətinin polis nəfəri vəzifələrində xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib.

Publika.az xəbər verir ki, aidiyyəti baş idarə və idarə rəislərinin də iştirak etdikləri tədbirdə nazir ayrı-ayrılıqda hər bir gəncin zahiri görkəmi, fiziki hazırlığının vəziyyəti, ümumi bilik səviyyəsi və dünyagörüşü ilə maraqlanıb. Ümumilikdə 368 iddiaçının arasından daha hazırlıqlı olan 238 nəfər seçilərək onların daxili işlər orqanlarında xidmətə qəbul olunmaları üçün Baş Kadrlar İdarəsinin rəhbərliyinə müvafiq tapşırıqlar verilib.

Namizədlər qarşısında çıxış edən nazir daxili işlər orqanlarında xidmətə qəbulun şəffaflıq, aşkarlıq və ədalət prinsipləri əsasında keçirildiyini vurğulayıb. General-polkovnik V.Eyvazov ulu öndər Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin hər bir ölkənin gələcəyinin, inkişafının geniş intellektual səviyyəli, müasir texnologiyaların sirlərinə bələd olan, mükəmməl təhsil almış savadlı, vətənpərvər, milli-mənəvi dəyərlərə, dövlətçiliyə sadiq, müstəqilliyimizi, milli maraqlarımızı hər şeydən uca tutan gənclərdən asılı olduğunu dəfələrlə vurğuladıqlarını məmnunluqla xatırladıb. Belə yüksək mənəvi, işgüzar keyfiyyətlərə malik kadrların dövlət idarəçiliyində daha geniş şəkildə təmsil olunmaları, o cümlədən daxili işlər orqanlarında xidmətə qəbul üçün hər zaman əhəmiyyətli addımların atıldığını, hazırki seçimlərin də göstərilən sahədə həyata keçirilən məqsədyönlü dövlət siyasətinin növbəti bariz nümunəsi olduğunu diqqətə çatdırıb.

Nazir xidmətə qəbul üçün seçilən gəncləri təbrik edərək gələcək xidməti fəaliyyətlərində polisin yüksək adını və mundirin şərəfini uca tutmalarını, bilik və bacarıqlarını, dünyagörüşlərini, təcrübələrini daim artırmalarını, öz üzərilərində səylə çalışmalarını, insan və vətəndaş hüquq və azadlıqlarına, onların şərəf və ləyaqətinə hörmətlə, həmçinin vətəndaşların müraciətlərinə xüsusi diqqət və həssaslıqla yanaşmalarını, bir sözlə, vətəndaş məmnunluğunun təmininə öz layiqli töhfələrini vermələrini tövsiyə edib, gələcək fəaliyyətlərində onlara uğurlar arzulayıb.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_xeber/295570.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR