Sanqaçalda yük maşını ilə avtomobil toqquşub, xəsarət alanlar var

Sanqaçalda yük maşını ilə avtomobil toqquşub, xəsarət alanlar var
21:37 8 Noyabr 2019
95 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda yük maşını ilə minik avtomobilinin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report" xəbər verir ki, hadisə Sanqaçal magistral yolunda qeydə alınıb. 
Belə ki, "KaMAZ"la minik avtomobilinin toqquşması nəticəsində 1975-ci il təvəllüdlü Həsənov Cavanşir İbrahim oğlu, 1959-cu il təvəllüdlü Ayvazova Mirvari İsa qızı və 2003-cü il təvəllüdlü İsayeva Aysa Zaur qızı xəsarət alıblar. 
Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar.
H.Cavanşirə və A.Mirvariyə qapalı kəllə-beyin travması, İ.Aysaya isə üst dodağının əzilmiş yarası diaqnozları qoyulub.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/sanqacalda-yuk-masini-ile-avtomobil-toqqusub-xesaret-alanlar-var

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR