Qazaxıstanda torpaq uçqunu baş verib.
“Report” “Khabar 24”ə istinadən xəbər verir ki, hadisə ötən gün axşam saatlarında Şımkənd şəhərində tikinti üçün çala qazıntısı zamanı qeydə alınıb.
Hadisə nəticəsində 3 nəfər torpaq altında qalıb. Xilasedicilər onlardan birini, 26 yaşlı gənci çıxara biliblər. Xəstəxanaya yerləşdirilən zərərçəkənin vəziyyətinin kafi olduğu bildirilir. Daha sonra 50 və 54 yaşlı digər iki işçinin meyitləri torpağın altından çıxarılıb.