"Report" xəbər verir ki, bu fikirləri Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov İƏT-in Antalyada keçirilən Nazirlər Şurasının 24-cü iclasında deyib.
Nazir bildirib ki, bu regional diqqət “İƏT” bölgəsinin bərpa olunan enerji və səmərəliliyi sahəsində əməkdaşlıq imkanlarını aça bilər: “İƏT” Təmiz Enerji Mərkəzinin yaradılması bu meyllərə uyğun gələ bilər".
E.Məmmədyarov vurğulayıb ki, təbii qazı unutmayaq, çünki bu, təmiz qalıq yanacaqdır və daha yaxşı enerjiyə qənaət edən həll yollarına keçməyə çalışdığımız zaman iqtisadiyyatlarımızda "keçid yanacağı" rolunu oynaya bilər.