Yunanıstanda irimiqyaslı antiterror əməliyyatı keçirilib, həbs edilənlər var

Yunanıstanda irimiqyaslı antiterror əməliyyatı keçirilib, həbs edilənlər var
18:32 9 Noyabr 2019
66 Digər
Ölkə mətbuatı
A- A+

Yunanıstanın paytaxtı Afinada irimiqyaslı antiterror əməliyyatı keçirilib.
Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.
Qeyd edilir ki, əməliyyat zamanı 3 nəfər həbs edilib. Onlardan 2-i terror cinayətlərində ittiham olunur. Həbs edilənlərdən 3-cüsü qadındır, o, qanunsuz silah saxlamaqda təqsirli bilinir.
Əməliyyat zamanı habelə daha 15 nəfər saxlanılıb.
Polis axtarışlar zamanı 5 "Kalaşnikov" avtomatı, bir tapança-pulemyot, iki tapança, detonatorlar, CS gözyaşardıcı qazlı qumbaralar və s. sursat aşkarlayaraq müsadirə edib.
Yunanıstanın baş naziri Kiriakos Misotakis polisi müvəffəqiyyətli əməliyyat münasibətilə təbrik edib.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/yunanistanda-irimiqyasli-antiterror-emeliyyati-kecirilib-hebs-edilen

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR