Cəlilabad sakini bir neçə nəfər tərəfindən döyülüb

Cəlilabad sakini bir neçə nəfər tərəfindən döyülüb
18:57 9 Noyabr 2019
64 Digər
Ölkə mətbuatı
A- A+

Cəlilabad rayonunda döyülmə hadisəsi baş verib.
"Report"un Muğan bürosunun məlumatına görə, hadisə Suluçeşmə kəndində qeydə alınıb.
Belə ki, kənddə bir neçə nəfər arasında yaranan mübahisə dava ilə nəticələnib. Dava zamanı kənd sakini, 1985-ci il təvəllüdlü Mirzəyev Tural Natiq oğlu döyülüb.
Yaralı xəstəxanaya çatdırılıb və ona tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/celilabad-sakini-bir-nece-nefer-terefinden-doyulubdfhudh

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR