Honkonqda etiraz aksiyalarına dəstəyə görə 3 deputat saxlanılıb

Honkonqda etiraz aksiyalarına dəstəyə görə 3 deputat saxlanılıb
22:52 9 Noyabr 2019
71 Digər
Ölkə mətbuatı
A- A+

Honkonqda etiraz aksiyalarının iştirakçılarına dəstəyə görə 3 deputat saxlanılıb. Bundan başqa, daha bir neçə deputat polis bölməsinə çağırılıb.
Bu barədə "Report" "Anadolu" agentliyinə istinadən xəbər verir.
Qeyd edilir ki, deputatların saxlanılmasına səbəb onların mayın 11-də keçirilən iclasda qanun layihəsinin müzakirəsinə maneçilik törətmələri olub. İclasda şübhəli şəxslərin Çinə, Tayvana ekstradisiyasını yüngülləşdirən qanun layihəsi müzakirə edilib. Bununla bağlı daha 4 deputat isə polis bölməsinə çağırılıb.
Honkonqda etirazlar ekstradisiya haqqında qanuna düzəlişə görə başlayıb. Qanun şübhəli şəxslərin Çinə ekstradisiya olunmasını nəzərdə tuturdu. Honkonq rəhbərliyi oktyabrın 23-də kütləvi etirazlara səbəb olan ekstradisiya haqqında qanun layihəsinin Qanunverici Şuradan geri çağırılması üzrə rəsmi proseduru həyata keçirib. 
Etiraz aksiyaları iyundan davam edir.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/honkonqda-etiraz-aksiyalarina-desteye-gore-3-deputat-saxlanilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR