Sabah ölkə ərazisində hava dəyişkən buludlu olacaq, cənub-qərb küləyi əsəcək

Sabah ölkə ərazisində hava dəyişkən buludlu olacaq, cənub-qərb küləyi əsəcək
14:37 10 Noyabr 2019
115 Digər
Ölkə mətbuatı
A- A+

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman olacaq, gün ərzində mülayim cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 10-14° isti, gündüz 18-22° isti, Bakıda gecə 12-14° isti, gündüz 19-21° isti təşkil edəcək.
Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunundan 767 mm civə sütununa enəcək.
Nisbi rütubət gecə 75-85 %, gündüz 55-65 % olacaq.
Azərbaycanın rayonlarında gözlənilən hava şəraitinə gəlincə, hava əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman gözlənilir, qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 6-11° isti, gündüz 18-23° isti, dağlarda gecə 3-8° isti, gündüz 13-18° isti təşkil edəcək. 

Xəbərin orijinal ünvanı: https://report.az/ekologiya/sabah-olke-erazisinde-hava-deyisken-buludlu-olacaqsgerg

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR