20 Yanvar küçəsində dəhşətli qətl - 4 bıçaq zərbəsi ilə öldürdülər

20 Yanvar küçəsində dəhşətli qətl - 4 bıçaq zərbəsi ilə öldürdülər
15:43 10 Noyabr 2019
87 Digər
Ölkə mətbuatı
A- A+

Ucarda 3 gün əvvəl bıçaqlanan rayon sakini xəstəxanada ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, Ucar Mərkəzi Rayon Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilən Abbas Malik oğlu Feyzullayev ötən gün axşam saatlarında orada ölüb.

Qeyd edək ki, hadisə noyabrın 7-də axşam saatlarında şəhərin 20 yanvar küçəsində qeydə alınıb. Rayon sakini Nazim Əbil oğlu Səfərovla Abbas Malik oğlu Fərzaliyev arasında baş verən münaqişə bıçaqlanma ilə nəticələnib. N. Səfərov A. Fərzaliyevə 4 bıçaq zərbəsi vurub. Zərərçəkən Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Ucar Rayon Polis Şöbəsində araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/crime/295728.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR