Goranboyda iki avtomobil toqquşub, 6 nəfər xəsarət alıb

Goranboyda iki avtomobil toqquşub, 6 nəfər xəsarət alıb
18:52 10 Noyabr 2019
99 Digər
Ölkə mətbuatı
A- A+

Bakı-Qazax avtomobil yolunun Goranboy rayon ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un Qərb Mərkəzinin məlumatına görə, “Hyundai” markalı avtomobillə “VAZ-21011” markalı avtomobilin toqquşub. İlkin məlumata görə, qəzada 6 nəfər xəsarət alıb.
Qəzada xəsarət alanlardan beşinin şəxsiyyəti müəyyənləşdirilib. 
Onlar - Məmmədov Hüseyn Nizami oğlu (1990), Məmmədova İlhamə Nizami qızı (1983), Məmmədova Svetlana Yadulla qızı (1957), Əliyev Elnur Nəriman oğlu (1988) və Əliyeva Tamam Məmməd qızıdır (1960).
Yol-nəqliyyat hadisəsində xəsərat alanların üçü bir ailənin üzvüdür. 

17:42***
Bakı-Qazax avtomobil yolunun Goranboy rayon ərazisindən keçən hissəsində bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, 2 avtomobilin toqquşması nəticəsində 5 nəfər xəsarət alıb. 
Yaralılar xəstəxanaya aparılıblar. Onların arasında vəziyyəti ağır olanlar var.
Faktla bağlı araşdırma aparılır.






Xəbərin orijinal ünvanı: https://report.az/hadise/goranboyda-iki-avtomobil-toqqusub-6-nefer-xesaret-alib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR