Futbol üzrə Azərbaycan Premyer Liqasında XI tura yekun vurulub

Futbol üzrə Azərbaycan Premyer Liqasında XI tura yekun vurulub
20:57 10 Noyabr 2019
75 Digər
Ölkə mətbuatı
A- A+

Futbol üzrə Azərbaycan Premyer Liqasında XI tura yekun vurulub.
"Report"un məlumatına görə, turun son oyununda "Qarabağ" "Zirə"ni qəbul edib. Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. Beşinci dəqiqədə fransalı hücumçu Maqaye Qeye Ağdam təmsilçisini hesabda önə keçirib. 69-cu dəqiqədə isə Riçard Qadze "Zirə"nin bərabərlik qoluna imza atıb.
Birinci pillədə qərarlaşan "Qarabağ" bu nəticədən sonra 27-ci xalını qazanıb.
İlk dövrənin başa çatmasına üç tur qalmış Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv ikinci sırada olan "Keşlə"dən 8 xal öndədir. "Zirə" isə 11 xalla 5-6-cı yerləri bölüşdürür.
Qeyd edək ki, günün digər matçında "Sumqayıt" səfərdə "Sabah"ı məğlub edib - 3:1. İlk oyun günündə isə "Qəbələ" "Səbail"i 3:0, "Keşlə" "Neftçi"ni 2:1 hesabı ilə üstələyib.


Xəbərin orijinal ünvanı: https://report.az/futbol/futbol-uzre-azerbaycan-premyer-liqasinda-xi-tura-yekun-vurulub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR