Fransada Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Baş İdarəsinin əməkdaşları Havr şəhərində 680 kq kokain müsadirə ediblər.
“Report” xəbər verir ki, bu barədə “Franceinfo” məlumat yayıb.
Qeyd olunub ki, Fransanın Havr şəhərində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən üç nəfər saxlanılıb.
Narkotik vasitə isə liman yaxınlığında yerləşən yaşayış binasında aşkarlanıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları evdə bir avtomat və tüfəng tapıblar.
Polisin məlumatına görə, kokain Fransaya Braziliyadan gətirilib.